RahatBina layihəsi

RahatBina layihəsi Azərbaycanda mobil tətbiq və kompüter versiyasından ibarət daşınmaz əmlak sektorunda müasir idarətmə və avtomatlaşdırmanı təmin edən ilk platformadır.

Layihənin əsas məqsədi — bizneslərə əmlak idarəetməsində effektivlik qazandırmaqdır. Platformamız sayəsində həm vaxt, həm də əlavə xərclərə qənaət edilir. Sakinlər üçün isə rahat və sürətli onlayn və nağd ödəniş etmə imkanları yaradaraq ödənişlərin qəbulu prosesini daha effektiv edir. Bu cür rahatlıq sakinlər üçün böyük üstünlükdür və onların idarəedici şirkətə olan inamını artırır. Bu da öz növbəsində binanın nüfuzuna və dəyərinə müsbət təsir edir, sakinlər özlərini daha dəyərli və diqqət mərkəzində olduqlarını hiss edirlər. Sistem, həmçinin gündəlik proseslərin avtomatlaşdırılması ilə iş yükünü 40-dək azaldır.

Portfelimizdə PASHA Holding, Aral Group, Baku City Residence, Sabah Residence, West Town, Alians Group və ölkəmizin digər aparıcı şirkətlərin olması, RahatBina platformasına olan yüksək etimadı və xidmətlərimizin keyfiyyətini bir daha sübut edir. Bu tərəfdaşlıqlar RahatBina platformasının bazarda etibarlı və sınaqdan çıxmış texnologiya təminatçısı kimi güclü mövqeyimizin olmasının göstəricisidir.

Əsas xüsusiyyətlər

Mənzil-Tikinti Kooperativləri üçün

Mənzil sahibləri üçün

Yuxarı