Şirkətimizin tərkibində inteqrasiyalar sahəsində ixtisaslaşmış, beynəlxalq sertifikatlara və geniş təcrübəyə malik inteqrator mühəndis texniklərdən ibarət komandası fəaliyyət göstərir. Komandamız müxtəlif proqram təminatları və avadanlıqların sistemimizə beynəlxalq standartlara uyğun şəkildə inteqrasiyasını həyata keçirir. Ən vacib üstünlüyümüz ondan ibarətdir ki, inteqrasiyadan sonra həmin sistemlərə və avadanlıqlara daimi texniki dəstək göstəririk, bu da müştərilər üçün davamlılıq və etibar deməkdir.

Biz artıq bir sıra mürəkkəb texnoloji həlləri uğurla inteqrasiya etmişik, o cümlədən:

  • COINS – Böyük Britaniyaya məxsus tikinti şirkətləri üçün ixtisaslaşmış ERP sistemi
  • 1C Muhasibatlıq sistemi
  • Remart PRO – tikinti prosesləri üçün fəaliyyət göstərən ERP sistemi
  • Bütün banklar
  • Ödəniş terminalları
  • Avtomatik şlaqbaum və giriş nəzarət sistemləri avadanlıqları
  • Videomüşahidə sistemləri və IP kameralar
  • KNX əsaslı ağıllı idarəetmə sistemləri
  • Kart oxuyucular və keçid sistemləri

Bu uğurlu inteqrasiyalar bizim texnoloji gücümüzü və etibarlı tərəfdaş olduğumuzu bir daha sübut edir.

Yuxarı