Kommunal və bina servis haqqı yığımı prosesinin optimallaşdırılması

Kommunal və binaya aid digər ödənişlərin yığım prosesi bina idarəçiliyinin maliyyə dayanıqlığı üçün əsas şərtdir. Ənənəvi üsullarda yığım gecikə, səhv hesablamalar ola bilər və bu da sakinlərlə konflikt yarada bilər. RahatBina bu prosesi tam şəkildə avtomatlaşdırır. Hər bir sakinin şəxsi kabinetində aylıq bina haqqı və digər xidmət ödənişləri əks olunur. Ödənişlər həm mobil tətbiq, həm də veb versiya üzərindən rahatlıqla aparıla bilər. Terminal vasitəsilə ödəniş edən sakinlər üçün sistem avtomatik qəbz yaradır və arxivdə saxlayır. Sistemdə maliyyə göstəriciləri real vaxtda generasiya olunur və PDF kimi çap edilə bilər. Avtomatik bildirişlər vasitəsilə yığım prosesi sürətlənir. Həmçinin, mövcud mühasibatlıq proqramları (1C və s) ilə inteqrasiya sayəsində məlumat axını tam sinxron şəkildə aparılır. Beləliklə, kommunal pulların yığımı həm idarə heyəti, həm də sakinlər üçün asan və şəffaf olur.

Yuxarı