Parkingin idarə olunması və RahatBina sisteminə inteqrasiyası
Parking yerlərinin idarə olunması çoxmənzilli binalarda və yaşayış komplekslərində böyük çağırışdır. Qeyri-şəffaf paylanma və nəzarətsiz giriş-çıxışlar narazılıq yarada bilər. RahatBina bu məsələni də həll edir. Platformaya xüsusi olaraq hazırlanan interaktiv elektron parking xəritəsi inteqrasiya olunur. Hər bir yer sistemdə qeyd olunur və sakinlərə aidiyyəti üzrə bölüşdürülür. Nəzarət şlaqbaum və nömrə oxuyucu avadanlıqlarla avtomatlaşdırılır. Sakinlər sistem üzərindən öz yerini görə, dəyişiklikləri izləyə bilər. İdarə heyəti isə real vaxtda bütün giriş-çıxış tarixçəsini və istifadə statistikasını görür. Bu yanaşma sayəsində qarışıqlıq azalır, nəzarət güclənir və məkandan optimal istifadə təmin olunur.
