Kommunal borclar – RahatBina ilə praktiki həll yolları

RahatBina vasitəsilə binaya aid bütün növ borcların toplanması tam avtomatlaşdırılıb. Sakin şəxsi kabinetində hər ayın sonunda yeni fakturanı görə bilir və dərhal ödəniş edə bilir. Sistem borclulara gündəlik və ya həftəlik avtomatik bildirişlər göndərir. Qaynar xəttə zəng etmək və ya qapı-qapı gəzməyə ehtiyac qalmır. Ödənişlər həm internet üzərindən, həm də ərazidəki terminallar vasitəsilə həyata keçirilə bilər. Nağd və onlayn ödənişlər üçün sistemdə PDF formatında qəbzlər formalaşır. Həmçinin, bütün ödənişlər üzrə maliyyə statistikası avtomatik şəkildə çıxarılır və istəyə görə çap olunur. Mövcud mühasibatlıq proqramları RahatBina ilə inteqrasiya olunduğu üçün əlavə məlumat daxil etməyə ehtiyac yoxdur. Bu sistem idarə heyətinə vaxta və işçi resurslarına qənaət imkanı yaradır.

Yuxarı