Daşınmaz əmlak idarəçiliyində müasir standart

Mobil tətbiq

Kompüter versiyası

Avtomatlaşdırma

Haqqımızda

RahatBina layihəsi Azərbaycanda mobil tətbiq və kompüter versiyasından ibarət, daşınmaz əmlak sektorunda müasir idarəetmə və avtomatlaşdırmanı təmin edən ilk platformadır.

Modulları kəşf edin

Platformamız sayəsində həm vaxta, həm də əlavə xərclərə qənaət edilir. Sakinlər üçün rahat və sürətli onlayn və nağd ödəniş imkanları yaradaraq ödənişlərin qəbulu prosesini daha effektiv edirik. Sistem həmçinin gündəlik proseslərin avtomatlaşdırılması ilə iş yükünü əhəmiyyətli dərəcədə azaldır.

Missiyamız

Bizneslərə əmlak idarəetməsində effektivlik qazandırmaq — sakinlərə isə rahat, sürətli və şəffaf xidmət təqdim etmək.

Gündəlik proseslərin avtomatlaşdırılması iş yükünü azaldır: fakturalar, xatırlatmalar və hesabatlar sistem tərəfindən hazırlanır.

Vaxt və xərclərə qənaət

İdarəedici şirkət üçün

Onlayn və nağd ödəniş imkanları sakinlər üçün böyük üstünlükdür və onların idarəedici şirkətə olan inamını artırır.

Rahat ödəniş, yüksək etimad

Sakinlər üçün

Sakinlər özlərini daha dəyərli və diqqət mərkəzində hiss etdikdə, bu, binanın nüfuzuna və dəyərinə müsbət təsir göstərir.

Nüfuz və dəyər

Bina üçün

Platforma nəyi dəyişir

Dəyər

Portfelimizdə PASHA Holding, Aral Group, Baku City Residence, Sabah Residence, West Town, Alians Group və ölkəmizin digər aparıcı şirkətləri var.

Aparıcı şirkətlərin seçimi

Portfel

  • Kapital Bank
  • PASHA Holding
  • Kobia
  • Port Baku Residence
  • PASHA Construction
  • European Bank
  • Baku City Residence
  • Aral Group
  • Roseville
  • Greenville
  • Star Life
  • PASHA Property Management
  • BCV
  • Bilgah Estates

Əsas xüsusiyyətlər

  • Ödənişləri onlayn və terminal vasitəsilə rahat qəbul etmək imkanı
  • Fakturaları hissə-hissə ödəmək imkanı
  • Nağd və onlayn ödənişlər üçün qəbzlərin çap olunması
  • Bütün ödənişlər şəxsi kabinetdə arxivləşir

Ödənişlər

  • Bütün ödəniş və borcların infoqrafik statistikası
  • Borclu sakinlərə avtomatik SMS bildirişləri
  • Avtomatik maliyyə hesabatlarının generasiyası və çapı
  • Elektron çeklərin izlənməsi

Borc izləmə

  • Bina elanlarının sürətli elektron ötürülməsi
  • Portaldan birbaşa SMS bildirişləri
  • Borc və yeniliklər haqda bildirişlərin qəbulu

Bildirişlər

  • Onlayn sorğu və səsvermələrin keçirilməsi
  • Elektron təklif və şikayətlərin qəbulu
  • Sorğularda iştirak və müraciətlərin yerləşdirilməsi

Sorğu və şikayətlər

  • Sakinlər və menecment üçün daxili çat
  • Menecment heyəti arasında elektron sənəd dövriyyəsi
  • Mənzilə aid sənədlərin elektron qəbulu

Ünsiyyət və sənədlər

  • Mövcud mühasibatlıq sistemi ilə birbaşa inteqrasiya
  • Avadanlıqların (şlaqbaum və s.) real vaxtda idarə olunması
  • Bütün məlumatları istənilən yerdən izləmə imkanı

İnteqrasiya və nəzarət

Ödənişlər və maliyyə

Avtomatik fakturalar, komissiyasız ödəniş, borc izləmə.

İdarəetmə paneli

Binalar, mənzillər, sənədlər və hesabatlar bir yerdə.

Sakinlərlə ünsiyyət

Elanlar, sorğular, şikayətlər və daxili çat.

İnteqrasiyalar

Mühasibatlıq, banklar, terminallar və avadanlıq.

Platforma modulları

Davam edin

Başlayaq

Bizimlə əlaqə